BAKI, 11 fevral. TELEQRAF
Avropada enerji qiymətləri hələ də çox yüksək və qeyri-sabitdir.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Parlamentində çıxışı zamanı Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen deyib.
Fon der Leyen bu vəziyyətin səbəbi kimi Avropa İttifaqının karbon yanacaqlarından həddindən artıq asılılığını və transsərhəd elektrik infrastrukturlarının kifayət qədər inkişaf etməməsini göstərib.
Onun sözlərinə görə, 2025-ci ildə Avropada qazdan alınan elektrik enerjisinin orta qiyməti bir meqavat/saat üçün təxminən 100 avro, atom enerjisindən 50–60 avro, günəş enerjisindən isə 34 avro təşkil edib. Fon der Leyen bu arqumenti alternativ enerji mənbələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulamaq üçün istifadə edib.
Avropa Komissiyasının prezidenti yaşıl enerjiyə investisiyaların artırılmasına çağırıb.