BAKI, 11 fevral. TELEQRAF

2026-cı ilin yanvar ayında ölkədə 9078,7 milyon manatlıq və ya əvvəlki ilin yanvar ayı ilə müqayisədə 1,7 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Teleqraf Dövlət Statistika Komitəsinə istiandən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 2,3 faiz artıb.

ÜDM istehsalının 33,9 faizi sənaye, 11,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi tikinti, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,2 faizi informasiya və rabitə sahələrinin, 23,4 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 11,7 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 884,5 manata bərabər olub.