BAKI, 11 fevral. TELEQRAF
2026-cı ilin yanvar ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 9% artaraq 268,4 milyon ABŞ dolları təşkil edib.
Teleqraf İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, yeyinti məhsulları üzrə ixrac 22,6% artaraq 103 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin birinci ayında şəkərin ixracı 169,3%, pambıq ipliyinin 137,6%, bitki və heyvan mənşəli piy və yağların 90,8%, alüminium və məmulatların 39,5%, meyvə-tərəvəzin 32,1%, pambıq lifinin 23,2%, çayın 20,9%, spirtli və spirtsiz içkilərin ixracı isə 14,2% artıb.
2026-cı ilin yanvar ayında aqrar məhsullar üzrə ixrac 32,6% artaraq 85,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 21,9 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 23,8% artaraq 107,6 milyon ABŞ dolları təşkil edib.