BAKI, 10 fevral. TELEQRAF
Yanvarda bank xidmətlərindən istifadə sahəsində müştəri şikayətləri üzrə "Bank Avrasiya" ASC 6,89 şikayət indeksi ilə ən çox şikayət edilən banklardan biri kimi qırmızı zolaqda qərarlaşıb.
Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, ən çox şikayət edilən ikinci bank isə "AFB Bank" ASC olub. Bank 3,83 şikayət indeksi ilə qırmızı zolaqda yer alıb.
Tənzimləyicinin hesabatına görə, siyahının sarı zolağında "Bank BTB" ASC 2,07 şikayət indeksi ilə üçüncü sırada yer alıb.