BAKI, 10 fevral. TELEQRAF
Azərbaycanda “Çardaqlı-1” və “Çardaqlı-2” kiçik su elektrik stansiyalarının (KSES) tikintisi üçün 43,5 milyon manat vəsait ayrılıb.
Teleqraf xəbər verir ki, “AzərEnerji” ASC KSES-lərin tikintisi ilə açıq tender elan edib.
Müsabiqənin qalibi olacaq şirkətə stansiyaların tikintisi üçün 43 milyon 514 min 112 manat ödəniləcək.
Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi aprelin 10-na təyin olunub.