BAKI, 9 fevral. TELEQRAF

Paralimpiya İdman Kompleksi nizamnamə kapitalını 967 min manatdan çox azaldıb.

Teleqraf xəbər verir ki, idman kompeksinin nizamnamə kapitalı bu gündən 1000 manata endirilib. Kompleksin əvvəlki kapitalı 968 min 33.01 manat təşkil edib.

Qeyd edək ki, Azərbaycan Mülki Məcəlləsinin 90.4-cü maddəsinə əsasən, əgər ikinci və ya hər bir növbəti maliyyə ili başa çatarkən məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyəri nizamnamə kapitalından az olarsa, cəmiyyət öz nizamnamə kapitalının azaldığını elan etməyə və müəyyənləşdirilmiş qaydada qeydə aldırmağa borcludur. Əgər cəmiyyətin göstərilən aktivlərinin dəyəri nizamnamə kapitalının minimum miqdarından az olarsa, cəmiyyət ləğv edilməlidir.