BAKI, 9 fevral. TELEQRAF

Avropanın yeraltı qaz anbarlarından istilik mövsümünün əvvəlindən xalis qaz çıxarılması (qazın çıxarılması və vurulması həcmləri arasındakı xalis fərq) 50 milyard kubmetri ötüb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe) məlumatlarında qeyd olunub.

Məlumata görə, fevralın 7-də anbarlardan təxminən 437 milyon kubmetr qaz çıxarılıb. Hazırda anbarlarda qalan ümumi yanacaq həcmi təxminən 41 milyard kubmetrdir.

Qeyd edək ki, ötən mövsüm 2025-ci ilin martın 28-də başa çatıb. Həmin vaxt ehtiyatlar 33,57% təşkil edirdi. Hazırda anbarlar 37,08% doludur. Bir il əvvəl fevralda bu göstərici 49,4% təşkil edirdi. Oktyabrın 13-də başlayan istilik mövsümündən bəri Aİ ölkələri anbarlardan təxminən 56 milyard kubmetr qaz çıxarıb. Xalis çıxarış demək olar ki, 51 milyard kubmetrə, yəni yayda vurulan həcmin 93%-nə çatıb.

Yanvarda Aİ-də elektrik enerjisi istehsalında külək enerjisinin payı orta hesabla 19%, fevralda isə 22% təşkil edib. Fevralda qazın orta alış qiyməti 1 000 kubmetr üçün 414 dollar, yanvarda isə 415 dollar olub.