BAKI, 9 fevral. TELEQRAF
Bu gün Tovuzun Əyyublu kəndində qaz təchizatı dayandırılacaq.
Bu barədə Teleqraf-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, kənddə yerləşən orta təzyiqli qaz xəttinin korroziyaya uğramış hissəsinin dəyişdirilməsi ilə əlaqədar olaraq Əyyublu kəndinin bir hissəsinin (800 abonent) qaz təminatı bu gün saat 10:00-dan işlər başa çatanadək daxildən dayandırılacaq.