BAKI, 9 fevral. TELEQRAF

Bu gün Maştağanın bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq.

Bu barədə Teleqraf-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində bir sıra elektrik xətlərində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 14:00-dək Pirşağı bağları yaşayış massivi və Ləhic bağları adlanan ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Məlumata görə, təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bu gün Maştağanın bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq.

Bu barədə Teleqraf-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində bir sıra elektrik xətlərində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 09:00-dan 14:00-dək Pirşağı bağları yaşayış massivi və Ləhic bağları adlanan ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Məlumata görə, təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.