BAKI, 6 fevral. TELEQRAF

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, yanvarda Şəkər Qiymət İndeksi orta hesabla 89,8 bənd təşkil edib ki, bu da dekabr ayına nisbətən 0,9 bənd (1%), ötən ilin eyni dövrü ilə müqayisədə 21,4 bənd (19,2%) azdır.

Teleqraf təşkilata istinadən xəbər verir ki, qiymətlərin enməsinə əsasən cari mövsümdə qlobal şəkər ehtiyatının artacağı gözləntiləri təsir edib.

Bu, əsasən Hindistanda istehsalın əhəmiyyətli dərəcədə artacağı yönündə proqnozlar və Taylandda əlverişli perspektivlərlə əsaslandırılır. Bundan əlavə, Braziliyada şəkər istehsalına ayrılan şəkər qamışı payının azaldılmasına baxmayaraq, 2025-2026 mövsümündə ümumi istehsal proqnozlarının müsbət olması qlobal təklif gözləntilərini gücləndirib və dünyada şəkər qiymətlərinə aşağı təzyiqi artırıb.