BAKI, 8 dekabr. TELEQRAF

"Azərbaycan Dəmir Yolları" QSC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramında sərnişinlərin tələbatını təmin etmək məqsədi ilə rayonlararası istiqamətlər üzrə əlavə qatar reysləri təşkil edəcək.

Bu barədə Teleqraf-a ADY-dən məlumat verilib.

Belə ki, 31 dekabr və 1, 2, 3 və 4 yanvar tarixlərində Bakı-Qəbələ-Bakı, 1, 2 və 4 yanvar tarixlərində Bakı-Qazax-Bakı, 30 və 31 dekabr, eləcə də 1, 2, 3 və 4 yanvar tarixlərində Bakı-Ağstafa-Bakı, 31 dekabr və 3 yanvar tarixlərində Bakı-Ağdam-Bakı marşrutları üzrə qatarlar hər iki istiqamətdə hərəkətdə olacaq.

Əlavə reyslərlə yanaşı, bu marşrutlar üzrə ənənəvi hərəkət cədvəli ilə də səfər etmək olar.

Biletləri ADY-nin saytından, dəmiryol kassalarından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.