BAKI, 13 noyabr. TELEQRAF

"Azərbaycan Dəmir Yolları" QSC ( ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 14, 15 və 16 noyabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edəcək.

Teleqraf xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bakıdan Ağstafaya gedən qatar səhər saat 08:30-da, Ağstafadan Bakıya qayıdan qatar isə 17:20-də yola düşəcək.