BAKI,6 noyabr. TELEQRAF

"Azərbaycan Dəmir Yolları" QSC bu ilin yanvar-oktyabr aylarında 317 blok-qatar, o cümlədən 119 tranzit qatar qəbul edib.

ADY-dən Telqrfaf-a verilən məlumata görə, göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 32 % artım deməkdir.

Hesabat dövründə 112 min 608 TEU konteyner yük daşınıb ki, bu da 2024-cü ilin analoji dövrünün göstəricisindən (95 min 483 TEU) təxminən 18 % çoxdur.