BAKI, 29 oktaybr. TELEQRAF
Oktyabrın 1-nə Azərbaycanın dövlət zəmanətli borcu 10 milyard 686,5 milyon manat olub.
Teleqraf Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu məbləğ 2025-ci il üzrə ölkə proqnozlaşdırılan ÜDM-inin 8,2 faizini təşkil edib.
Dövlət zəmanətinin 9.024,1 milyon manatı və ya 84,4 faizi xarici dövlət zəmanətli kreditlərin, 1.662,4 milyon manatı və ya 15,6 faizini isə daxili dövlət zəmanətli kreditlərin payına düşüb.
Xarici dövlət zəmanətli borc portfelinin 79,1 faizi “Cənub Qaz Dəhlizi” layihəsinə sərmayə qoyan Səhmdar Cəmiyyəti tərəfindən cəlb olunmuş kreditlərdən ibarətdir.
Dövlət zəmanətli borcun valyuta tərkibi üzrə 63,3 faizi ABŞ dolları, 18,5 faizi avro, 12,4 faizi manat, 3,9 faizi yapon yeni, qalan 1,9 faizi isə digər valyutalar təşkil edib.
Borcun 58,8 faizi sabit, 41,2 faizi isə dəyişkən faizli öhdəliklərdən ibarət olub.