BAKI, 29 oktaybr. TELEQRAF

Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC qatarlarının maşinistləri 37 dəfə təcili tormozlama etməli olublar ki, nəticədə sərnişinlərin və qatar heyətinin həyatına təhlükə, həmçinin qrafikdə gecikmələr yaranıb.

ADY-dən Teleqraf-a verilən məlumata görə, hadisələrin əksəriyyətində relslər üzərinə qəsdən daş düzülməsi halları müşahidə olunub.

"Xatırladaq ki, bu cür məsuliyyətsiz hərəkətlərlə qatarlara ziyan vuranlar Azərbaycan qanunvericiliyi əsasında məsuliyyətə cəlb olunurlar."-deyə qurumdan bildirilib.