BAKI, 16 oktyabr. TELEQRAF

Türkiyədə özəl sektorun beynəlxalq kredit borcu əvvəlki ayın sonu ilə müqayisədə 3,7 milyard dollar artaraq 202,5 ​​milyard dollara çatıb. Bu, 2019-cu ilin avqustundan bəri ən yüksək səviyyədir.

Teleqraf xəbər verir ki, qonşu ölkədə şirkətlərin uzunmüddətli kredit borcu 4,3 milyard dollar artaraq 192,4 milyard dollar, qısamüddətli kredit borcu (kommersiya kreditləri istisna olmaqla) isə 0,6 milyard dollar azalaraq 10,1 milyard dollar olub.

İyulun sonu ilə müqayisədə maliyyə qurumlarının ümumi borcu 2 milyard dollar, qeyri-maliyyə qurumlarının ümumi borcu isə 1,7 milyard dollar artıb.

Eyni dövrdə maliyyə institutlarının uzunmüddətli borcları 2,6 milyard dollar, qeyri-maliyyə qurumlarının isə 1,7 milyard dollar artıb. Qısa müddətli dövr üçün maliyyə institutlarının borcu 0,6 milyard dollar, qeyri-maliyyə qurumlarının isə 0,1 milyard dollar azalıb.

192,4 milyard dollarlıq uzunmüddətli borcun 57,8 faizi dollarda, 32,5 faizi avroda, 2,1 faizi türk lirəsində, 7,7 faizi isə digər valyutalardadır. 10,1 milyard dollar qısamüddətli borcun 28,3 faizi dollarda, 21,2 faizi avroda, 48,3 faizi türk lirəsində, 2,1 faizi isə digər valyutalardadır.