BAKI, 13 oktaybr. TELEQRAF

“Holborn” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 500 manat azaldılaraq 2625 manat məbləğində müəyyən edildiyini elan edib.

Teleqraf xəbər verir ki, buna səbəb şirkətin təsisçisi Qasımov Namiq Şakir oğlunun öz payını götürərək təsisçilikdən çıxması olub.

Kreditorlar öz tələblərini iki ay ərzində Bakı şəhəri Nəsimi rayonu, Səməd Vurğun küçəsi ev 70 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Holborn” MMC 2019-cu ilin mayında dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi isə Rəhimov Fuad İlham oğludur.