BAKI, 10 oktyabr. TELEQRAF

2025-ci ilin sentyabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin sentyabr ayına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,9 faiz, qeyri-qida məhsulları üzrə 2,4 faiz artıb. Əhaliyə göstərilən ödənişli xidmətlərdə isə 5,3 faiz artım qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən xəbərə görə, 2025-ci ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,1 faiz, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,7 faiz artıb.

Sentyabrda qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,8 faiz, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,7 faiz bahalaşıb.