BAKI, 23 aprel. TELEQRAF

Ukrayna Donbasın silahsızlaşdırılmış hissəsinin ABŞ Prezidenti Donald Trampın şərəfinə “Donnilənd” adlandırmaq istəyir.

Teleqraf xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.

Almaniya nəşrinin yazdığına görə, bu təşəbbüs ABŞ-ni Ukraynaya istiqamətlənməyə kömək etməyəcək:

“Kiyevin dialoq heyətinin ideyası uğursuz oldu, ad dəyişikliyi Rusiya-Ukrayna münaqişəsinin ən mürəkkəb məsələlərdən birini həll etməyəcək”.

“New York Times” da Ukrayna rəsmilərinin Amerika liderinin rəğbətini qazanmaq üçün Donbasın hazırda Ukraynanın nəzarəti altında olan hissəsinin adının “Donnilənd” olaraq dəyişdirilməsini təklif etdiyini bildirib.