GORANBOY, 23 aprel. TELEQRAF

Goranboy rayonunda 46 yaşlı kişiyə bıçaqla xəsarət yetirən şəxslər saxlanılıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Samir Alıyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 21 yaşlı İbrahim Ələsov və onun atası 46 yaşlı Aynur Ələsov saxlanılıb.

Faktla bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir. İlkin məlumata görə, məişət zəminində baş verib.