BAKI, 24 sentyabr. TELEQRAF
2025-ci ilin yanvar-avqust aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,4 faiz artaraq 1176 milyon manat olub.
Teleqraf xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 670,4 milyon manat olub ki, bu da ümumi dövriyyənin 57 faizini təşkil edib.