BAKI, 17 sentyabr. TELEQRAF

Ötən il Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə cəmi fiskal daxilolmaların həcmi 22,8 milyard manat vergi daxil olub.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin 2024-cü il üzrə hesabatında qeyd olunub.

Hesabat ilində cəmi vergi daxilolmalar 15,8 milyard manat, məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 5,8 milyard, işsizlikdən sığorta üzrə daxilolmalar 208,1 milyon manat, icbari tibbi sığortadan daxilolmalar isə 1 milyard manat təşkil edib.

Daxiolmaların ÜDM-də cəmi fiskal daxilolmaların xüsusi çəkisi 18 faiz təşkil edib.

Cəmi vergi daxilolmalarının 30,2 faizi neft-qaz, 69,8 faizi isə qeyri neft-qaz sektorunun payına düşüb.