BAKI, 17 sentyabr. TELEQRAF

Bu ilin birinci yarısında portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 947.4 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə 24.9 milyon dollar azalıb.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Tədiyə balansı hesabatında qeyd olunub.

Hesabat dövründə portfel investisiyaları üzrə aktivlər dövlət (19.3 mln.$) sektorunun, bankların (739.9 mln.$) və digər (206.9 mln.$) sektorların hesabına artıb, kapitalda iştiraka təminat verən qiymətli kağızların (18.7 mln.$) hesabına azalıb.

Öhdəliklər isə əsasən, kapitalda iştiraka təminat verən qiymətli kağızların (1.0 min $) və digər (6.0 mln.$) sektorların hesabına artıb, dövlət (30.9 mln.$) sektorunun hesabına isə azalıb.