BAKI, 17 sentyabr. TELEQRAF
2025-ci ilin yanvar-iyul aylarında Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,6 faiz artaraq 4887,8 milyon manat olub.
Teleqraf xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Hüquqi şəxslər tərəfindən əhaliyə 4329,1 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 88,6 faizini təşkil edib.