BAKI,17 sentyabr. TELEQRAF
Bu ilin birinci yarısında xarici ticarət balansında 4,2 milyard dollar həcmində profisit yaranıb.
Teleqraf xəbər verir ki, bu barədə AMB-nin statistika departamentinin direktoru Samir Nəsirov Tədiyə balansının açıqlamasına dair keçirilən brifinqdə bildirib.
Neft-qaz sektoru üzrə 9.4 milyard dollar həcmində profisit qeyri-neft-qaz sektoru üzrə 5.3 milyard dollar həcmində kəsiri bağlayıb. Nəticədə hesabat dövründə xarici ticarət balansında 4.1 milyard dollar həcmində profisit yaranıb. Hesabat dövründə Azərbaycanın dünyanın 170 ölkəsi ilə ticarət əlaqələri olub ki, bunun 12.7%-i MDB üzvü olan ölkələrin, 87.3%-i isə digər xarici ölkələrin payına düşüb.