BAKI, 9 sentyabr. TELEQRAF
Çinin Zhejiang vilayətində yerləşən Ningbo limanı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında avtomatlaşma və rəqəmsallaşma sahəsində əməkdaşlığın qurulması üçün işçi qrupunun yaradılması məsələsini razılaşdırıb.
Teleqraf xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevlə ölkəmizdə səfərdə olan Çinin Zhejiang vilayətinin vitse-qubernatoru Ke Ji Xinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında qərar verilib.
Görüşdə nəqliyyat, logistika, Orta Dəhlizin inkişafı və bu istiqamətdə daşımaların perspektivləri məsələləri müzakirə edilib. Həmçinin logistika dəhlizlərinin rəqəmsallaşdırılması barədə fikir mübadiləsi aparılıb.