BAKI, 7 noyabr. TELEQRAF

İranın Sistan və Bəlucistan əyalətində polis bölməsinə silahlı hücumda iştirak etməkdə təqsirli bilinən Məhəmməd Arif Şahbəxşi edam olunub.

Teleqraf xəbər verir ki, bu barədə İranın "Mizan" saytı məlumat yayıb.

Bildirilib ki, “Ceyş əl-Zolm” silahlı qruplaşması ilə əlaqəli olan Şahbəxş barəsində çıxarılmış ölüm hökmü bütün hüquqi prosedurlar başa çatdıqdan sonra icra edilib.

Xaş şəhərindəki Qaleh Bid polis bölməsinə edilən hücum bir neçə polis əməkdaşının ölümünə və yaralanmasına səbəb olub. Şahbəxş İslam dövlətinə qarşı silahlı üsyan və Allaha qarşı müharibə aparmaq ittihamları ilə təqsirli bilinib.