BAKI, 7 noyabr. TELEQRAF

ABŞ və İran gərginliyin daha da artmasının qarşısını almaq üçün sülh razılaşması qazanmaq fürsətini əldən verməməlidirlər.

Teleqraf xəbər verir ki, bunu Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani deyib.

O qeyd edib ki, tərəflər ideal sülh razılaşmasını gözləmək əvəzinə, gərginliyi dayandıra biləcək mümkün razılaşmaya nail olmağa çalışmalıdırlar:

“Biz heç vaxt mükəmməl sülh razılaşmasına nail ola bilməyəcəyik. Amma gərginliyi dayandıra biləcək yaxşı bir razılaşmadan imtina edərək ideal anı gözləmək olmaz. Doha regionda vəziyyətin normallaşdırılması istiqamətində vasitəçilik səylərini davam etdirir”, - deyə Əl-Tani vurğulayıb.