BAKI, 7 noyabr. TELEQRAF

Rusiya Silahlı Qüvvələri Odessanın cənub-şərqində, Qara dənizdə Ukraynaya hərbi texnika daşıyan yük gəmisini vurub.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilib ki, hücuma məruz qalan quru yük gəmisi Ukraynaya hərbi texnika və ikili təyinatlı yüklər daşıyıb.