BAKI, 27 avqust. TELEQRAF

Bu ilin ilk 7 ayı ərzində ölkəmizdən 58,941.5 ton alma, armud və heyva ixrac olunub.

Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf-a verilən məlumata görə, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 53,6% çoxdur.

İxrac olunan məhsulun həcmi ilə yanaşı dəyərində də artım müşahidə olunub. Belə ki, qeyd olunan dövrdə xarici bazarlara ixrac edilən alma, armud və heyvanın ümumi dəyəri 41 milyon 647.7 min dollar təşkil edib.

Qeyd edək ki, bu məhsulların ixrac dəyəri ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 62,9% çoxdur.