BAKI, 22 avqust. TELEQRAF
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin Nizamnaməsinin 4.7.14-cü yarımbəndinə əsasən, AZCON-un Müşahidə Şurası AZCON-un idarəetməsinə verilmiş dövlət müəssisələrinin müşahidə şuralarının tərkiblərini təsdiq edib.
AZAL-dan Teleqraf-a verilən məlumata görə, bu çərçivədə “Azərbaycan Hava Yolları” QSC-də yeni Müşahidə Şurası formalaşdırılıb.
Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbi oğlu Nəbiyevdir.
Şura üzvləri isə AZCON-un icraçı direktoru Şahin Tofiq oğlu Babayev, icraçı direktorun müavini Vüqar Yaşar oğlu Mirzəzadə və Baş Maliyyə İnzibatçısı Taylan Soysal oğlu Tekelidir.