BAKI, 20 avqust. TELEQRAF

Naxçıvanda həyata keçirilən təşviq əsaslı vergi inzibatçılığı əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.

Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumat görə, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində reallaşdırılan tədbirlərin nəticəsi olaraq, 2025-ci il avqustun 1-nə qeyri-dövlət sektorunda aktiv əmək müqavilələrinin sayı 1 yanvar 2023-cü il tarixinə nisbətən 7.995 vahid artaraq 11.054 təşkil edib.