BAKI, 12 avqust. TELEQRAF

Bu ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 23 milyard 964,3 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 12 milyard 442,2 milyon dollarını və ya 51,9 faizini ölkədən ixrac olunmuş məhsulların, 11 milyard 522,1 milyon dollarını (48,1 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib. Nəticədə 920,1 milyon dollar məbləğində müsbət saldo yaranıb.

Teleqraf xəbər verir ki, dövr ərzində Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 166 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 104 ölkəyə məhsul ixrac olunub, 160 ölkədən isə idxal reallaşıb.

Müqayisə üçün bildirək ki, 2024-cü ilin yanvar-iyun ayları ilə nisbətdə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 9,4 faiz artıb, real ifadədə 3,8 faiz azalıb. İdxal isə real ifadədə 4,4 faiz artıb, ixrac isə 9,3 faiz azalıb.

Hesabat dövründə qeyri neft-qaz məhsullarının ixracı 1 milyard 754,1 milyon dollar təşkil edib və 2024-cü ilin yanvar-iyun aylarına nisbətən faktiki qiymətlərlə 9,9 faiz artıb, real ifadədə isə 13,2 faiz azalıb.