BAKI, 7 avqust. TELEQRAF
2025-ci ilin birinci yarısında "Şahdəniz" in əməliyyat xərcləri təxminən 1 milyard 282 milyon dollar, əsaslı xərcləri 472 milyon dollar təşkil edib. Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.
Teleqraf xəbər verir ki, bu barədə bu barədə bp-nin hesabatında bildirilib.
Birinci yarımildə "Şahdəniz" yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.
İlin ilk altı ayında yataqdan ümumilikdə - "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birlikdə təqribən 14 milyard standart kubmetr qaz və təxminən 2 milyon ton (təqribən 16 milyon barel) kondensat hasil edib.
Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə təxminən 77,2 milyon (ildə təqribən 28,2 milyard) standart kubmetrdir.