BAKI, 22 iyul. TELEQRAF
“Atilla Trans Servises A” şirkəti Qapalı Səhmdar Cəmiyyəti statusundan Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilməsi, həmçinin səhmlərin dövriyyədən çıxarılması və ləğv edilməsi haqqında qərar qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.
Qərara əsasən, nominal dəyəri 1 manat olan, dövlət qeydiyyat nömrəsi AZ1001025605 olan sənədsiz, adi və adlı 2000 ədəd səhm dövriyyədən çıxarılacaq və ləğv ediləcək. Qiymətli kağızların geri satın alınması bu məlumatın dərc olunduğu tarixdən etibarən 2 ay müddətində həyata keçiriləcək. Səhmlər dövriyyədən çıxarılaraq müvafiq paylara çevriləcək.
Qeyd edək ki, Atilla Trans Servises A” Qapalı Səhmdar Cəmiyyəti , Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad ŞTQ, Şamaxı şossesi ev 40, mənzil 82 ünvanında qeydiyyatdadır. Nizamnamə kapitalı 2 000 manat olan QSC-nin qanuni təmsilçisi Xəlilzadə İsmayıl Xeybər oğludur.