BAKI, 30 iyun. TELEQRAF

İngiltərə Bankı hazırda əsginaslar üzərində təsvir olunan sabiq baş nazir Vinston Çörçill və digər tarixi şəxslərin əvəzinə yeni “milli kimlik simvolları” nəzərdən keçirir.

Teleqqraf xəbər verir ki, mümkün variantlar arasında "Stounhenc" meqalit abidəsi, palıd ağacı, balıq və kartof fri, eləcə də futbol göstərilir.

Böyük Britaniya Mərkəzi Bankı ictimaiyyətə növbəti əsginas seriyasının mövzusuna dair fikir bildirmək imkanı vermək üçün bir aylıq məsləhətləşmələrə başlayıb.

Məlumata görə, vətəndaşlar müxtəlif ideyalar və təkliflərlə çıxış edə bilərlər, lakin yekun qərarı İngiltərə Bankının rəhbəri Endryu Beyli verəcək.

Qeyd edək ki, hazırda Böyük Britaniya əsginaslarında yazıçı Ceyn Ostin, rəssam Vilyam Törner və riyaziyyatçı Alan Turinq də əks olunub.