BAKI, 24 iyun. TELEQRAF
Azərbaycan Dəmir Yolları (ADY) Bakı–Balakən marşrutu üzrə vaqon sayını artıracaq.
Qurumdan Teleqraf-a verilən məlumata görə sərnişin tələbatını nəzərə alaraq 25 iyun tarixində Bakıdan Balakənə, 26 iyunda isə Balakəndən Bakıya hərəkət edəcək qatara əlavə vaqonlar birləşdiriləcək.
Qeyd olunan tarixlərdə hərəkət edəcək qatara əlavə olaraq 6 vaqon – 3 “Standart” və 3 “Standart+” tipli vaqon birləşdiriləcək.
Beləliklə, Bakı–Balakən və Balakən–Bakı istiqamətində qatar ümumilikdə 11 vaqonla fəaliyyət göstərəcək.