BAKI, 1 may. TELEQRAF

Bu il aprelin 30-na Azərbaycanda pul bazası 20 milyard 719,3 milyon manat təşkil edib.

Teleqraf xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumata görə, bu, 31 martla müqayisədə 778,8 milyon manat və yaxud 3,6 faiz azdır.

Pul bazası son 1 ildə isə 3,6 faiz artıb.