BAKI, 30 aprel. TELEQRAF

2025-ci ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektləri arasında ən çox məhsul ixrac edən şirkətlərdən ilk üçlükdə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (105,7 milyon ABŞ dolları), “SOCAR Polymer” MMC (59 milyon ABŞ dolları) və “AzerGold” QSC (42,7 milyon ABŞ dolları) olub.

Teleqraf İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi "İxrac icmalı"-na əsasən xəbər verir ki, digər şirkətlərin göstəricisləri aşağıdakı kimi olub:

4. “Azəralüminium” MMC – 39,7 milyon dollar

5. Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi – 23,1 milyon dollar

6. “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC – 9,6 milyon dollar

7. “Azərbaycan Hava Yolları” QSC – 3,8 milyon dollar

8. “AzərEnerji” ATSC – 1 milyon dollar

9. Naxçıvan MR Dövlət Energetika Xidməti – 237,7 min dollar

10. “Qaradağ Şüşə Zavodu” ASC – 59,8 min dollar