BAKI, 30 aprel. TELEQRAF

2024-cü ildə 286,1 min daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb.

Teleqraf xəbər verir ki, 2023-cü illə müqayisədə 2024-cü ildə tərtib edilən texniki pasportların sayında azalma baş verib. Əgər 2023-cü ildə 378 min 102 texniki pasport tərtib edilmişdisə, 2024-cü ildə bu rəqəm 286 min ədəd təşkil edib.

Hesabat dövründə ipoteka qeydiyyatında da azalma baş verib. 73,8 min ipoteka müqaviləsi dövlət qeydiyyatına alınıb. 2023-cü ildə 81 762 ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmışdı.

7,2 min yüklülük (icarə, istifadə) müvaliəsi rəsmiləşdirilb. Bu yöndə də azalma müşahidə edilib. Belə ki, 2023-cü ildə 7 278 icarə müqaviləsi dövlət qeydiyyatına alınmışdı.