BAKI, 30 aprel. TELEQRAF
“AzərEnerji” ATSC bu ilin yanvar-mart aylarında 1 milyon dollar dəyərində məhsul ixrac edib.
Teleqraf İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi "İxrac icmalı"-na əsasən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,3 milyon dollar və ya 97,52% azalma deməkdir.
Hesabata görə, 2025-ci ilin martında “AzərEnerji” Azərbaycanın qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində səkkizincə sırada yer alsa da, əvvəlki illə müqayisədə göstəriciləri xeyli zəifləyib.