BAKI, 30 aprel. TELEQRAF
Bu ilin birinci rübündə Azərbaycan 65,2 milyon manat dollar dəyərində qızıl ixrac edib.
Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın aprel sayında qeyd olunub.
Bu, ötən ilin 3 ayı ilə müqayisədə 46,7 milyon dollar və yaxud 3,5 dəfə çoxdur.
Bu ilin birinci rübündə “AzerGold” QSC-nin də ixracı artıb. Belə ki, hesabat dövründə qurumun ixracı ötən ilin uyğun dövrü ilə müqayisədə 30 milyon dollar artaraq 42,7 milyon olub.