BAKI, 29 aprel. TELEQRAF

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Publik Hüquqi Şəxsi (ANAMA) xüsusi coğrafi ölçmə avadanlıqları almağı planlaşdırır.

Teleqraf xəbər verir ki, qurum 22 ədəd xüsusi coğrafi ölçmə avadanlığı (DGPS), və bu avadanlıqlar üçün 20 ədəd qida elementlərinin alınmasına 691 min 464 manat vəsait xərcləməyi nəzərdə tutur.

Qurum müvafiq işlər üzrə tender elan edib və podratçı axtarışındadır.

Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi mayın 22-dir.

Onu da bildirək ki, bu DGPS texnologiyasından əsasən, ərazidəki mina və partlamamış hərbi sursatların (PHS) aşkar edilməsi üçün istifadə edilir. Həmçinin, DGPS cihazları ərazidəki obyektləri dəqiq koordinatlarla qeyd edir. Sonradan isə bu məlumatlar xəritələşdirmə, planlaşdırma və hesabatlarda istifadə oluna bilər. Bu səbəbdən sözügedən avadanlıqlar bu baxımdan ən optimal vasitə hesab olunur.