BAKI, 28 aprel. TELEQRAF
Bu il aprelin 1-nə Azərbaycanın dövlət zəmanətli borcun məbləği (daxili və xarici borc) 10 milyard 965,3 milyon manat olub.
Teleqraf xəbər verir ki, Azərbaycan Maliyyə Nazirliyinin məlumatına görə, dövlət zəmanətinin 9.237,8 milyon manatı (5.434,0 milyon ABŞ dolları) və ya 84,2 faizi xarici kreditlərin, 1.727,5 milyon manatı və ya 15,8 faizi isə daxili kreditlərin payına düşür.
1 aprel 2025-ci il tarixinə dövlət zəmanətli borc portfelinin valyuta tərkibi ABŞ dolları – 63,3 faiz, avro – 18,7 faiz, manat – 12,3 faiz, yapon yeni – 3,9 faiz, digər valyutalar – 1,8 faiz olub.
Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 58,2 faizini sabit, 41,8 faizini dəyişkən faiz dərəcəli borc təşkil edir.
2025-ci il 1 aprelə Azərbaycanın dövlət borcu (daxili və xarici dövlət borcu) 26 milyard 615,2 milyon manat olub.