BAKI, 28 aprel. TELEQRAF

Azərbaycanın xarici dövlət borcu əsasən ABŞ dollarındadır.

Teleqraf xəbər verir ki, Azərbaycan Maliyyə Nazirliyinin məlumatına görə, bu il aprelin 1-nə xarici dövlət borcunun 85,6 faizi ABŞ dollarında olub.

Xarici borcda digər valyutaların payı belə olub:– 85,6 faiz, avro – 6 faiz, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,5 faiz, yapon yeni – 3,3 faiz, digər valyutalar – 1,6 faiz.