BAKI, 28 aprel. TELEQRAF

Bu ilin aprelin 1-nə fəaliyyətdə olan bankların cəmi aktivləri 54 milyard 855.6 milyon manat olub.

Teleqraf Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu ötən ilin uyğun dövrü ilə müqayisədə 5 milyard 945,7 milyon manat və ya 12 faiz çoxdur.

Bankların öhdəlikləri də 5 milyard 348,2 milyon manat artaraq 47 milyard 960.7 milyon manat olub.