BAKI, 25 aprel. TELEQRAF

Özbəkistanın Ticarət və Sənaye Palatası sədrinin müşaviri İslam Babajаnоv ilə “Okuklu Holding” şirkətinin təmsilçisi, TTM-nin direktoru Yılmaz Okuklu arasında Anlaşma Memorandumu imzalanıb.

Teleqraf xəbər verir ki, Anlaşma Memorandumu Bakıda yerləşən Türk Ticarət Mərkəzində (TTM) Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistana məxsus ticarət pavilyonlarının rəsmi açılışı günü imzalanıb.

Tədbirdə Azərbaycan iqtisadiyyat nazirinin müavini Anar Axundov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Qırğızıstanın ölkəmizdəki səfiri Maksat Mamatkanov və digər rəsmi şəxslər iştirak ediblər.