BAKI, 25 aprel. TELEQRAF
"Doğrudan da burada, ürəkdən, səmimiyyətlə, bütün qəlbimizlə “qardaşlar” demək mümkündür. Çünki biz türkdilli xalqlarıq, bizim ulu babalarımız birdir, biz çox yaxın xalqlarıq".
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan-Qazaxstan İşgüzar Şurasının həmsədri Dauren Bimov Türk Ticarət Mərkəzində (TTM) Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Azərbaycan, Türkiyə və Özbəkistana məxsus ticarət pavilyonlarının rəsmi açılış mərasimi zamanı çıxışında deyib.
O qeyd edib ki, bu tədbirdə böyük sevinclə iştirak edir:
“Müxtəlif bölgələrdən sahibkarları bir araya gətirib buradakı yerli sahibkarlarla tanış edir və qardaş ölkələr arasında biznes əməkdaşlığı üçün körpü qururuq. Bu məqsədlə artıq dünyanın səkkiz ölkəsində fəaliyyət göstəririk. Bu gün isə növbəti ölkədə, növbəti filialımızı açacağıq. Yılmaz bəy bizə ayrıca bir pavilyon ayırıb. Bu, bizim cəmiyyətimizin ofisi olacaq”.