BAKI, 25 aprel. TELEQRAF

İranın neft naziri Möhsün Paknejad jurnalistlərə bildirib ki, OPEC+ ölkələri bazar sabitliyinə nail olmaq üçün neft hasilatı qərarlarına düzəlişlər etməyi planlaşdırır.

Teleqraf TASS-a istinadən xəbər verir ki, iranlı nazir bunun hansı dövrün əhatə edəcəyinin dəqiqləşdirilmədiyini qeyd edib:

“Biz hazırda bazarı sabitləşdirmək üçün digər OPEC+ ölkələri ilə bəzi qərarlar qəbul edəcəyik”.

Qeyd edək ki, İranın neft naziri OPEC-in 2025-ci il konfransının prezidentidir. Hər il bu vəzifəyə OPEC-ə üzv ölkələrdən bir nümayəndə seçilir.

İranlı nazir əlavə edib ki, 2025-ci ildə OPEC konfransının prezidenti kimi digər OPEC+ ölkələrindən olan bəzi həmkarları ilə danışıqlar aparmağa çalış:

"Bəzən tənzimləmə istehsalın azalması, bəzən isə artım deməkdir. Kompensasiya üsulu da var. Və biz indi bu cür qərarları sabitləşdirməyi planlaşdırırıq”.

İranın neft naziri həmçinin aprelin əvvəlində baş verən qiymət azalmasının ABŞ-nin tarif siyasəti və bu fonda Çinlə münasibətlərdəki çətinliklər, o cümlədən OPEC+ ölkələrinin bazara tədarük etdikləri neft həcmləri ilə bağlı olduğu deyib.