Türk dövlətlər arasında iqtisadi və ticarət sahəsində əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Bu gün təşkil olunan tədbir həmin əməkdaşlığın bariz nümunəsi hesab olunur. Azərbaycan türk dövlətlərlə ikitərəfli əməkdaşlığı davam etdirir və bu kimi tədbirlər qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə töhfə verir.

Teleqraf xəbər verir ki, bu barədə Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türk Ticarət Mərkəzində (TTM) Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Azərbaycan, Türkiyə və Özbəkistana məxsus ticarət pavilyonlarının rəsmi açılış mərasimi zamanı çıxışında deyib.
O qeyd edib ki, ticarət əlaqələrinin genişləndirilməsi ölkələr arasında iqtisadi tərəfdaşlığın güclənməsində mühüm rol oynayır:
“Azərbaycan strateji tranzit ölkə kimi regionda mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Ölkəmizdə fəaliyyət göstərən bir çox şirkətlər bu potensialdan səmərəli şəkildə faydalanır. Azərbaycan türkdilli ölkələrlə iqtisadi-ticarət əməkdaşlığını daha da dərinləşdirməkdə maraqlıdır və bu istiqamətdə fəal addımlar atılır”.